Sabah Azərbaycanda leysan yağacaq
Bakı və Abşeron yarımadasında iyulun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.
Mənbə:> Oxu.Az