Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib – VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib


İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, iclasda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib, mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutub, milli və dövlətçilik maraqlarının qorunmasını prioritet hesab edib. Hesabat dövrü fəaliyyətimizdə effektivliyin və operativliyin artırılması, eləcə də dövlət-din münasibətlərinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə komitədə aparılmış struktur dəyişikliyi ilə yadda qalıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dövlət komitəsinin Əsasnaməsinə edilmiş dəyişikliyə uyğun olaraq, əvvəlki 9 bölgə şöbəsinin əsasında müvafiq dislokasiyalar üzrə yeni 15 bölgə şöbəsi, komitənin mərkəzi aparatında 3 şöbə və 3 sektor yaradılıb. Eyni zamanda, komitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri işlər görülüb.

Qeyd edilib ki, hesabat dövründə komitənin fəaliyyət sahələrinə uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirilib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin müvafiq tapşırıq və tövsiyələrini nəzərə almaqla işini günün tələblərinə uyğun qurub, aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərib. Həyata keçirilmiş birgə tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin səyləri və zəhməti nəticəsində yüksək səviyyədə keçirilmiş birinci Avropa Oyunlarında iştirak edən idmançıların və digər qonaqların dini tələbatının ödənilməsi məqsədilə Olimpiya Kəndinə müxtəlif dini konfessiyalardan din xadimlərinin cəlb edilməsi istiqamətində işlər uğurla həyata keçirilib. Həmin din xadimləri Dövlət Komitəsindən olan nümayəndələrin rəhbərliyi altında Olimpiya Kəndində olub, iştirakçıların dini ayinlərinin həyata keçirilməsi ilə bağlı tələbatları yüksək səviyyədə ödənilib.

Cari dövrdə “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına ayırmalar həyata keçirilib. Həmin vəsaitin bölgüsü zamanı komitədə yenidən dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün komitədə qiymətləndirmə komissiyası yaradılıb. Hesabat dövründə qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb və müsbət rəy verdikdən sonra komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir.

Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkə gənclərinin milli mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib.

Dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, onların ümumi sayı 632-yə çatıb. Ötən dövrdə 672 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Cari ilin birinci yarısında ölkədə dini durumun təhlili də həyata keçirilib, zərərli dini cərəyanların təbliğat üsul və metodlarının analizi, bu cərəyanların təbliğində geosiyasi amillərin rolu, zərərli cərəyanların ölkədə yayılma coğrafiyası və hədəfə aldığı sosial bazanın xarakterik cəhətləri, eləcə də bütün bunlardan yarana biləcək mümkün təhdidlər araşdırılıb, həmçinin ayrı-ayrılıqda fərqli din və məzhəblərə mənsub cərəyan ardıcıllarının etiqadi baxışlarının davranışlarındakı təzahür formaları təhlil edilib. Regionlarda vətəndaşların qəbul günləri qrafikinə uyğun olaraq respublikanın 6 bölgəsində vətəndaşlar komitə sədri tərəfindən qəbul edilib. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerində həll edilib, bəziləri isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq iş aparılıb.

Bildirilib ki, hesabat dövründə xarici əlaqələr sahəsində işlər davam etdirilib, komitə tərəfindən ölkəmizin tolerantlıq, dinc birgəyaşayış təcrübəsinin yayılması, müttəfiq ölkələrlə radikal dini qruplara və təriqətlərə qarşı birgə mübarizə aparılması, Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi məqsədilə təbliğat xarakterli tədbirlər planlı şəkildə həyata keçirilib.

Diqqətə çatdırılıb ki, görülən bütün bu işlərlə yanaşı, dini durumdakı bəzi nöqsanların tam şəkildə aradan qaldırılması hələ də mümkün olmayıb. Belə ki, dini icmalarla işin günün tələblərinə uyğun qurulması, onların aktiv fəaliyyətinin təmin edilməsi, bütün ibadət evlərində sağlam dini mühitin formalaşdırılması qarşımızda duran əsas vəzifələrdir. Bütün hallarda kənar təsirlərə qarşı mübarizə daha da gücləndirilməlidir. Dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında hər birimiz sayıqlığımızı daha da artırmalıyıq.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək deyib ki, Azərbaycanda din və vicdan azadlığı tam şəkildə təmin edilib, dindarlar üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında da milli mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Muxtar respublika ərazisində 209 məscid, 16 dini icma fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş 638 din xadiminə hər biri iki dəstdən ibarət yay və qış geyim forması pulsuz olaraq verilib, onların dini sahədə biliklərinin artırılması məqsədilə Naxçıvan şəhərində və rayonlarda təkmilləşmə kursları təşkil olunub.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir. Tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunub, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə bölgələrdə maarifləndirmə işləri aparılıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki “Heydər” məscidində icma rəhbərləri ilə iclaslar təşkil olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib


Vurğulanıb ki, 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar respublikada İslam dini üzrə ixtisaslı kadrların hazırlanması üçün 2015-ci ildə “Naxçıvan” Universitetində dinşünaslıq ixtisası açılıb.

Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, komitənin keçirdiyi monitorinqlərdən danışıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Milli mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

Dövlət müşaviri deyib ki, əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır. Ümumi maarifçilik bu gün bizim dindarlarımıza da, məscid əhlimizə də lazımdır. Məscidlərdə təkcə dini kitab yox, dünyəvi kitablar da olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə bu istiqamətdə iş aparmaq, məscidləri mütəmadi olaraq dünyəvi kitablarla zənginləşdirmək olar. Məscidlərdə böyük klassiklərimizin əsərləri olmalıdır.

Din xadimlərinin, xüsusilə gənc din xadimlərinin qruplar şəklində xaricə səfərlərə göndərilməsinin önəmini qeyd edən Kamal Abdullayev bildirib ki, bu cür elmi və dini səfərlərin təşkil edilməsi onların dünya dinləri haqqında təsəvvürlərini, biliklərini artırar. Maarifçilik nöqteyi-nəzərindən, intellektual səviyyənin yüksəldilməsi baxımından bu məsələ əhəmiyyətlidir.

Dövlət müşaviri radikalizmlə, zərərli dini ədəbiyyatla ciddi mübarizə aparıldığını da diqqətə çatdırıb. Əlavə edib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.

Multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayan Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə məlumat verib, bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərinin də daxil olacağını diqqətə çatdırıb.



Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

İclasda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *