Azərbaycanlının Rusiyada macəraları
Azərbaycan vətəndaşı özgəsinin sənədləri ilə Rusiyaya gedib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Voloqda vilayət prokurorluğunun məlumatına əsasən, Voloqda vilayətində Rusiya Federasiyasının sərhəddini qanunsuz keçmiş 23 yaşlı Azərbaycan vətəndaşı mühakimə ediləcək.
2013-cü ildə Voloqodski şəhər məhkəməsinin qərarı ilə gənc adam ölkədən çıxarılıb və ona 2018-ci ilə qədər ölkəyə gəlmək qadağan edilib. Öz ölkəsində olduğu zaman o, qardaşına bənzərlikdən istifadə edərək, onun pasportunu təqdim edərək Rusiyaya gəlmək üçün bilet alıb. Daha sonra cavan oğlan Voloqdada yaşayıb.
Onun yalanının üstü açılan kimi xarici vətəndaşa qarşı cinayət işi açılıb. Hal-hazırda araşdırma başa çatdırılıb və işə baxılması üçün məhkəməyə verilib.
Mənbə:> Oxu.Az