Türkiyədə şiddətli zəlzələ oldu – VİDEO
Türkiyənin Mersin vilayətində zəlzələ başverib. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 5.2 bal gücündə baş vermiş yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub. Zəlzələnin Adana, Hatay, Mersin, Osmaniyə, Kahramanmaraş və Qaziantepdə də hiss edildiyi bildirilir. Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olsa da insan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, 2 gün əvvəl İndoneziyada 7 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələdədə insan tələfatı və dağıntı qeydə alınmamışdı.
Mənbə:> ANSPRESS