Qurtuluş günü sərhədimizdə yeni zastavanın açılışı olub – VİDEO
Milli Qurtuluş günündə ölkənin şimalinda sərhəd zastavasının açılşı və yeni tikiləcək zastavanın təməlqoyma mərasimi baş tutub. Tədbirdə mükafatlandırılanlar da olub.
ANS TV-nin məlumatına görə, Milli Qurtuluş günündə DSX-nin Xudat Sərhəd Dəstəsinin Qusarın Rusiya-Azərbaycan Sərhədində yerləşən Samur sərhəd zastavasının açılışı oldu.
Açılış mərasimində DSX və Xudat Sərhəd Dəstəsinin rəsmiləri iştirak etdi. DSX-i rəisinin I müavini Rəşad Sadıqov çıxışında Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin mühafizəsində həmişə öndə getdiklərini söyləyərək bu zastavanın açılışının əhəmiyyətini vurğuladı.
Qonaqlar zastavada şəxsi heyət üçün yaradılan şəraitlə tanış oldu. Burada istirahət, yataq, silah, geyim və ərzaq ehtiyyatı otaqlarına baş çəkdilər. Əsgər yeməyinin dadına baxdılar.
Zastavada Xudat Sərhəd Dəstəsinin Kinoloji Mərkəzinin təlim keçmiş itlərinin bacarığı da nümayiş olundu.
Sonda bu ərazidə tikiləcək yeni zastavanın təməli qoyuldu.
Mənbə:> ANSPRESS