Cəbhədə güclü yanğın başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Cəbhədə güclü yanğın başlayıb – VİDEO

Cəbhədə güclü yanğın başlayıb


Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.

AzNews.info ANS TV-yə istinadən məlumatına görə, bu dəfə qarşı tərəf Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib. Yanğının miqyası getdikcə genişləndiyi bildirilir.

Amma alovun yaşayış sahələrinə keçmə ehtimalı yoxdur. Deyilənə görə, yanğın günorta saatlarından başlanılıb.

İki gün bundan öncə də yanğınlar başqa bir istiqamətdə - Tərtərdə törədilmişdi.

Qeyd edək ki, Ermənistan Slahli Qüvvələri Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhə xəttində aktivləşirlər. Bütün bunlara baxmayaraq, qarşı tərəf layiqli cavabını alır və cavab atəşi ilə susdurulur.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *