ANS cəbhədən xəbər verir
Erməni silahlı birləşmələri cəbhəyanı kəndləri gülləbaran etməyə davam edir.
Qarşı tərəf təmas xəttinə yaxın yerləşən kəndləri yüngül artilleriya silahlarından atəşə tutub. Bu dəfə Ermənistan silahlı qüvvələrinin hədəfində cəbhə xəttindən təqribən 1 km məsafədə yerləşən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi olub. Atılan mərmilərdən 3 ü kənd ərazisinə düşərək partlayıb.
ANS TV-nin cəbhə bölgəsinə ezam olunmuş xüsusi muxbirinin verdiyi məlumata görə,partlayış baş verən ərazidən yaşayış evlərinə qədər olan məsafə təqribən 30 metrdir.Partlayış nəticəsində dağıntı olmayıb. Buna səbəb mərmilərin açıq əraziyə düşməsidir.
Qiyaməddinli kəndinin sakinləri də deyir ki, qarşı tərəf hər dəfə Azərbaycan ordusunun güclü müqavimətiylə üzləşəndən sonra dinc sakinlərin olduğu yaşayış məntəqələrini hədəf alır.
Erməni silahlı birləşmələrinin təxribatları isə kənd sakinlərini qorxutmur.
Mənbə:> ANSPRESS