“Qafqazın Xirosiması”
Ağdam “Qafqazın Xirosiması”dır. Hazırda Ağdam insan həyatının əlamətləri görünməyən bir kabuslar şəhəridir.
Bu fikirlər Şotlandiyanın “The Press and Journal” nəşrində dərc edilən məqalədə öz əksini tapıb.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində hazırkı vəziyyəti öyrənmək məqsədilə Ağdam şəhərinə getdiyini yazan məqalənin müəllifi vaxtilə Azərbaycanın çiçəklənən şəhəri olan, indi isə acınacaqlı vəziyyətə düşmüş Ağdamda ermənilərin hər şeyi dağıtdıqlarının şahidi olduğunu yazır. Azərbaycan ərazisi olan Ağdamın ermənilər tərəfindən zəbt edildiyini vurğulayan müəllif şəhərin mərkəzində yalnız bir məscid qaldığını diqqətə çatdırır. O yazır ki, həmin məsciddən 100 metr aralıda heç kəs yox idi, ətrafda qorxunc sakitlik var idi. Məsciddə güllə izləri var idi, yerdə qəlpələr qalmışdı. Burada hər şey baxımsız vəziyyətdə idi, müqəddəslikdən əsər-əlamət belə qalmamışdı. Vaxtilə burada yaşayan və bu məscidə gələn insanların ağrı-acısını təsəvvür etmək mümkün deyil.
Müəllif yazır: “Mən pilləkənlərlə yuxarı qalxdım və tamamilə dağıdılmış şəhərə baxdım. Orada çox qala bilmədim. Sonradan anladım ki, Ağdama səfərim həyatımın ən böyük səhvi olub. Çünki ermənilər orada məni izləyirdilər və fotolarımı çəkirdilər”.
Mənbə:> ANSPRESS