Dağlıq Qarabağda maşın dərəyə yuvarlandı: 3 erməni öldü
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində baş verən avtomobil qəzasında 3 erməni ölüb.
Bu barədə Ermənistanın shamshyan.com saytı xəbər yayıb.
Hadisə zamanı “Opel” markalı avtomobil 300 metrlik yüksəklikdən dərəyə yuvarlanıb. Nəticədə sərnişinlər-Gümrü sakini, 57 yaşlı Varazdat Manukyan və Panik kənd sakini, 33 yaşlı Andranik Şaqinyan hadisə yerindəcə keçinib. Sürücü, 53 yaşlı David Vanyan isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, qəza işğal altındakı Ağdərə rayonu ərazisində baş verib.
Mənbə:> Virtualaz.org