Qarabağda erməni əsgər həlak olub
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 19 yaşlı erməni əsgər Armen Arutunyan ölüb.
Oxu.Az-ın məlumatına görə, bu haqda erməni hərbi qurumun mətbuat xidmətində bildirilib:
“Martın 24-də, saat 16.55 radələrində Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü Armen Arutunyan həlak olub”.
Məlumata əsasən, Arutunyan güclü küləyə görə ağacdan yıxılaraq vəfat edib.
Mənbə:> Oxu.Az