Qarabağda erməni əsgəri ölüb
Dağlıq Qarabağda 19 yaşlı Arman Qandilyan ölüb.
Oxu.Az bu barədə news.am-a istinadən xəbər verir.
Ermənistanın Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 7-də saat 01:30-da şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində növbətçiliyin qaydalarının pozulması nəticəsində əsgər Arman Alikoviç Qandilyan (1997-ci il təvəllüdlü) odlu silahdan ölümcül yara alıb.
Baş verən hadisənin səbəblərinin aydınlaşdırılması üçün araşdırma aparılır.
Mənbə:> Oxu.Az