Ermənistanda hərbi maşın uçuruma yuvarlandı
Ermənistan Müdafiə Nazirliyinin hərbi maşını oktyabrın 14-də Azərbaycan ilə sərhəd Tavuş vilayətində uçuruma yuvarlanıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə Koti kəndindən hərbi hissəyə gedən yolda baş verib.
Qəza nəticəsində Ermənistan ordusunu 50 yaşlı hərbi qulluqçusu Babken Saruxanyan ölüb, 48 yaşlı zabit Artak Andreasyan isə yaralanıb.
Mənbə:> Oxu.Az