Qarabağı yenidən etiraz aksiyaları bürüdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Qarabağı yenidən etiraz aksiyaları bürüdü

Qarabağı yenidən etiraz aksiyaları bürüdü

İşğal olunmuş Xankəndində (Stepanakert) etiraz aksiyaları yenidən başlayıb.

Virtualaz.org “Azatyutyun” radiosuna istinadən xəbər verir ki, etirazçılar Milli Təhlükəsizlik Xidmətinin (MTX) və polisin rəhbərliyinin istefasını tələb edirlər.

“Biz bu həyatdan, bu həyat tərzindən yorulmuşuq, yalnız bir şey tələb edirik: bərabərlik, heç kim deməsin ki, bu filankəsin oğludur, o qoşa xəttin üstündən keçə bilər. Qanunu pozmuşamsa, cəzalanmalıyam. Biz sosial şəraitdən gileylənmirik. Bütün polislər qardaşlarımızdır, onlarla problemimiz yoxdur, lakin rəhbər o şəxs olmalıdır ki, xalqa xidmət etsin”, - “Azatyutyun” radiosunun əməkdaşı ilə söhbətində etirazçılardan biri deyib.

Xatırladaq ki, ötən üç gün ərzində etirazçılar Xankəndinin əsas küçəsini – Azatamartikneri bağlayaraq, güc strukturlarının rəhbərlərinin istefasını tələb edirdilər. Aksiya iyunun 1-də vətəndaşlarla MTX zabitləri arasında baş vermiş davanın nəticəsi olub.

Qarabağı yenidən etiraz aksiyaları bürüdü
Qarabağı yenidən etiraz aksiyaları bürüdü

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *