”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Video

”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” – VİDEO

”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...”


Erməni hərbçilərlə birlikdə Ağdamın xarabalıqlarına səyahət edən rus dilində təmiz danışan birisi bir neç dəfə “Allahu Əkbər” nidası işlədir...

Moderator.az yazır ki, “KarabakhTV” – nin Mirkazım Laçın Alxaslı adlı istifadəçinin “You Tube”dəki kanalına istinadla əldə etdiyi kadrlarda 2016-cı ilin yaz günlərindən birində rus dilində sərbəst danışan və yəqin ki, jurnalist olan birisinin hərbçi formasında bir neçə erməninin müşayiəti ilə Ağdam xarabalıqlarına səyahətindən bəhs edilir. Ağdamın girişində ermənilər rus jurnalistə “azərbaycanlıların fəxr etdiyi böyük Ağdam şəhəri budur” deyərək xarabalıqları göstərir. Və bir neçə dəfə hər ikisi həqarətlə qəh-qəhə çəkərək təkrar edir: ”Budur sizin Ağdam, budur sizin Ağdam. Ha ha ha ha!..”

Ermənilər deyir ki, bu şəhəri biz yandırıb dağıtmamışıq azərbaycanlılar özləri yandırıb qaçıblar... Hətta həyasızcasına “Biz heç kəsə bir pislik etməmişik” cümləsini də işlədirlər.

Maraqlıdır ki, rusdilli şəxs bir neçə dəfə sözarası “Allahu Əkbər” nidaları işlədir... Ermənilər öz aralarında ermənicə danışıb söyüş də söyürlər.... Sonra rus və ermənilər Ağdamdakı bir neçə azərbaycanlı evinin xarabalıqlarını gəzirlər.Ermənilərdən biri istehza ilə deyir ki, azərbaycanlılar gəlib bu evlərdən öz əşyalarını götürəcəklər. Rusdilli şəxs isə gülərək cavab verir ki, biz Vladimirlə qayıdanda bu çəkdiklərimizin hamısını onlara göstərəcəyik(Görünür, yanında digər rus operator da var)....

P.S. Nə qədər ki, torpaqlarımızı azad etməmişik, belə istehza və həqarətləri çox eşidəcək və buna çox dözməli olacağıq...


Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *