Ermənilər Çəmənli kəndini bombaladı: 1 şəhid, 8 yaralı – VİDEO
Ermənistan silahlı qüvvələri bu gecə Ağdam rayonunun yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, nəticədə mülki şəxslər arasında ölən və yaralananlar var.
Ağdam rayonunun Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev aldığı qəlpə yarasından həyatını itirib.
Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Əli Müseyib oğlu Hüseynov və Zahid Vəliş oğlu Rəhimovun vəziyyəti ağırdır. Xəstəxanadan məlumata görə, digər yaralılar - Anar Nizami oğlu Abdullayev, Elnur Polu oğlu Məmmədov, Elgiz Tofiq oğlu Tağıyev, Zahid Fərəc oğlu Fərəcov, Anar Məmmədov və Sirdaş Şükür oğlu Kərimovun həyatı təhlükəsi yoxdur. Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.
Mənbə:> APA