Erməni hərbçi Ağdam yaxınlığında yol qəzası törədib
Erməni hərbçi yol qəzası törədib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, işğal olunmuş Azərbaycan torpaqlarında xidmət edən hərbçi Valod Şabatyan Ağdam şəhəri yaxınlığında idarə etdiyi “QAZ-24” markalı minik avtomobilini aşırıb. Nəticədə o, ağır xəsarət alıb. Həkimlər vəziyyətini ağır qiymətləndirir.
Xatırladaq ki, rəsmi məlumatlara əsasən, ötən ilin dekabrında erməni hərbçilərin iştirakı ilə bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, dekabrın 8-də Sünik vilayətində “Lexus” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Ermənistan müdafiə nazirinin təhlükəsizlik xidmətinin əməkdaşları - kapitan Aleksan Simonyan və leytenant Armen Musikyan həlak olub.
Mənbə:> APA