Müdafiə Nazirliyi Lələtəpə istiqamətində gedən döyüşlər haqda: "1 düşmən əsgəri məhv edilib, 2-i ağır yaralanıb"
Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
MN-dən virtualaz.org-a verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.
Düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
***10:49
Ötən gün təmas xəttinin cənub istiqamətində (Füzuli-Cəbrayıl) erməni işğalçı qüvvələrinin bir hərbi qulluqçusu vurulub. Qondarma “dqr müdafiə nazirliyi” bildirir ki, saat 13.50 radələrində “Azərbaycan tərəfdən açılan atəşlə” hərbi qulluqçu Ayk Razmikoviç Kələntəryan (1998) ölümcül güllə yarası alıb.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl dəfələrlə erməni işğalçı qüvvələrinin əsgərlərinin bir-birini gülləməsi, yaxud intihar etməsi “Azərbaycan tərəfdən açılan atəş” kimi qələmə verilib.
Mənbə:> Virtualaz.org