Təmas xəttinin Tərtər-Ağdərə istiqamətində sərrast atəş – ERMƏNİ HƏRBİÇİSİ MƏHV EDİLDİ
Qondarma “dqr müdafiə nazirliyi” təmas xəttinin şimal-şərq istiqamətində erməni silahlı birləşmələrinin itki verdiyini açıqlayıb.
Məlumata görə təmas xəttinin həmin səmtində 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Vaçe Çilingəryan ölümcül güllə yarası alıb. Düşmən tərəf atəşin “Azərbaycan ordusunun mövqelərindən açıldığını” bildirir.
Qeyd edək ki, bundan əvvəl dəfələrlə işğalçı erməni qüvvələrinin sıralarında əsgərlərin bir-birini gülləməsi faktları Azərbaycan tərəfinin açdığı atəşlə baş vermiş əsgər ölümləri kimi rəsmiləşdirilib, lakin daha sonra bu faktların üstü açılıb.
Mənbə:> Virtualaz.org