Azərbaycan əsgəri əsir götürülüb? » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Azərbaycan əsgəri əsir götürülüb? AÇIQLAMA

Azərbaycan əsgəri əsir götürülüb?

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgəri əsir düşüb.

Bu barədə news.am portalı xəbər yayıb. Məlumata əsasən, döyüş fevralın 1-i təxminən saat 15:00-da baş verib.

Ermənistan Müdafiə Nazirliyinin xəbərinə görə, əsir düşmüş əsgər 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadədir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *