Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
***
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində daha bir erməni hərbçi məhv edilib.
***
1997-ci il təvəllüdlü Narek Qasparyan bu gün səhər 09.40 radələrində aldığı qüllə yarasından ölüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə 5 erməni hərbçinin məhv edildiyi barədə məlumat yayıb.
***
Ötən gün cəbhədə Erməni Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu məhv edilib.
Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyunun 16-da cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümünə dair məlumata münasibət bildirərkən açıqlayıb.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri – Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.
***
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 3 erməni əsgəri öldürülüb.
Dağlıq Qarabağda öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyandır.
Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir.
Mənbə:> Editor.az