Daha bir erməni hərbçisi öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Daha bir erməni hərbçisi öldü

Daha bir erməni hərbçisi öldü

Saakyan maşında yanıb.

Ermənistanda qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

Oxu.Az “shamshyan.com”a istinadən xəbər verir ki, qəza Ermənistanın Qeqarkunik vilayətində baş verib.

Gecə yarısına yaxın vilayətin xilasetmə xidmətinə Astxadzor kəndinin yaxınlığında Martuni-Vardenis yolunda avtomobilin yanması haqqında zəng daxil olub.

Məlum olub ki, Qeqarkunik vilayətinin sakini, 27 yaşlı hərbçi Samvel Saakyanın sükan arxasında olduğu “Vօlkswagen Passat” avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *