ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var » AzNews.info -Xəbər portalı

ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var

ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var


ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində “Miss Kainat-2015” müsabiqəsinin keçirildiyi “Planet Hollywood” otel-kazinonun yaxınlığında avtomobil insanlara çırpılıb, KSNV telekanalı məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qəza nəticəsində 37 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

“Las-Veqas bulvarında qəza zamanı bir nəfər ölüb, yaralanan 37 nəfərdən isə bir neçəsinin vəziyyəti kritikdir. Avtomobilin sürücüsü saxlanılıb”, - polis məlumat yayıb.

KSNV telekanalının məlumatına görə avtomobilin sükanı arxasında qadın sürücü olub, maşında həmçinin onun uşağı da olub. Polis əməkdaşları yolun bu hissəsində hərəkəti dayandırıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *