“Röyters” agentliyi erməni vandalizmini lentə aldı – VİDEO
Ermənistan ordusunun gecə boyu Tərtər rayonunda kəndləri və yaşayış məskənlərini artilleriya silahlarından atəşə tutması dünya mediasının da diqqət mərkəzindədir.
Nüfuzlu “Röyters” informasiya agentliyinin yaydığı bu görüntülərdə düşmən tərəfinin açdığı atəş nəticəsində Çəmənli kəndində yanan evlər, dağılan infrastruktur öz əksini tapır. Bir mülki vətəndaşın həlak olduğu, 8-nin yaralandığı kənddə lentə alınan kadrlar Erməni vəhşiliyinin də bariz nümunəsidir.
Qeyd edək ki, cəbhənin müxtəlif hissələrində atəşkəs rejimini ciddi şəkildə pozan Ermənistan ordusu Tərtər və Ağdamda yaşayış məntəqələrini intensiv atəşə tutub. Nəticədə onlarla ev yararsız hala düşüb, xeyli sayda mülki vətəndaş ziyan görüb.
Mənbə:> ATV.az - Günay Məryəm