Cəbhəyanı bölgədə evlər və Şuşa polisinin binası dağıdılıb » AzNews.info -Xəbər portalı

Cəbhəyanı bölgədə evlər və Şuşa polisinin binası dağıdılıb

Cəbhəyanı bölgədə evlər və Şuşa polisinin binası dağıdılıb


Ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb.

AzNews.info-nun xəbərinə görə, bunu Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı bildirib ki, ermənilərin atdığı “qrad” mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib.

“Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib”, - deyə İcra başçısı bildirib.

İcra başçısı əlavə edib ki, həmçinin rayonun Qazıyan kəndində bir “VAZ 21099” markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *