Tərtər İcra başçısı baş vermiş atışmadan danışdı
Erməni silahlı birləşmələri Tərtər rayonunun cəbhəyanə ərazilərini iriçaplı silahlardan atəşə tutub.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində bir ev tamamilə dağılıb.
"Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə gecə saatlarında düşmən susdurulub. Hal-hazırda vəziyyət sabitdir", - M.Məmmədov vurğulayıb.
Mənbə:> Axar.az