Ermənistanın iki əsgəri öz hərbçi yoldaşlarını güllələyərək öldürdü
Ermənistan ordusunun müddətli hərbi xidmətdə olan iki hərbçisi öz əsgər yoldaşları tərəfindən öldürülüb.
"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə əsasən, Bareyan soyadlı əsgər avtomat silahdan "ehtiyatsız davranaraq", sıravi Spartak Kalaşyana atəş açıb. O, kəllə nahiyəsindən aldığı güllə yarasından ölüb.
Məlumata görə, "UAZ" markalı avtomobilin sürücüsü, müddətli hərbi xidmətdə olan əsgər Karen Aqabekyanı maşındakı sıravi P.Yeqoryanın avtomatdan açdığı atəş nəticəsində ölüb.
Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb.
Mənbə:> Report.az