“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur” » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial

“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur”

“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur”


“Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub və Silahlı Qüvvələrin dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.” ANS PRESS-in məlumatına görə, Azərbaycan respublikasının Müdafiə Nazirliyi bu istiqamətdə bəyanat yayıb.

“Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər. Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.” – deyə Müdafiə Nazirlıiyinin bəyanatında bildirilir.

Bundan əvvəl isə Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanaraq işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə son günlərdə keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirmişdilər.

Müdafiə Nazirliyinin rəhbərliyi isə Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirmiş və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə etmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *