Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik edib.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nazir təbrikində Ramazan bayramının Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu qeyd edib.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir.
Respublikamız dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınıb. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib”, - Zakir Həsənov deyib.
Nazir inanır ki, şəxsi heyəti bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Zakir Həsəniv şəxsi heyətin hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıb.
Mənbə:> Oxu.Az