Erməni əsgərlər bir-birinə atəş açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Erməni əsgərlər bir-birinə atəş açdı – VİDEO

Erməni əsgərlər bir-birinə atəş açdı


Azərbaycanın Müdafiə Nazirliyi Naxçıvan sərhəddində baş verən insidentlə bağlı açıqlama verib.

Nazirlik Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan ordusunun bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə yayılan məlumatın doğru olmadığını açıqlayıb.

Müdafiə Nazirliyinin ANS PRESS-ə verdiyi məlumata görə, yayılan xəbərlər dezinformasiya xarakterlidir. Aparılan müşahidələr zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub.

Nazirliyin açıqlamasında bildirilir ki, oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən qarşı tərəfin mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində qarşı tərəfin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.

Erməni əsgərlər bir-birinə atəş açdı
Naxçıvan-Ermənistan sərhədi(qırmızı rənglə işarələnib)


Nazirlik bildirir ki, bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır. Ermənistan ordusundakı hərci-mərciliyi digər faktlarlada sübut etmək olar.

Qarşı tərəfin ordusundə qarışıqlıq o həddə çatıb ki, Ermənistan Müdafiə Nazirliyin vəziyyəti sakitləşdirmək üçün bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

Jurnalistlər ordu rəsmilərinə sübut etməyə çalışıblar ki, Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlar həqiqətə uyğun deyil.

Mətbuat nümayəndələri son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama tələb edib.




Lakin nazirlik erməni hərbçilərin məhv edilməsi ilə bağlı yayılan videolar haqda məsələyə münasibət bildirməkdən imtina edib.

Ermənistan jurnalistlərinin narahatlığına isə əsaslar var. Çünki ordu və hökümət nümayəndələri hər vəclə xalqdan cəbhədə baş verən döyüşlər zamanı ölən əsgərlərin sayını gizlədir. Hətta erməni analar da cəhbədə öldürülən övladlarına görə etiraz edirlər. Onlar Serj Sarkisyan hökümətinə dəfələrlə məktublar ünvanlayaraq, yazıblar ki, "Uşaqlarımız niyə Qarabağda ölməlidir?"

Erməni analarının bu sualının cavabı açıq-aydındır. Müdafiə naziri Zakir Həsənov da açıqlamasında bildirib ki, "Ermənistan tərəfi öz itkilərini gizlətməyə çalışır.

"Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir." -deyə nazir əlavə edib.

Erməni əsgərlər bir-birinə atəş açdı


Amma Ermənistan ordusu yenə də təxribatçı əmələrindən çəkmək istəmir. Müdafiə Nazirliyi bildirir ki, bu gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq qarşı tərəfin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 80 dəfə atəş zərbəsi endirib. Təkcə oktyabrın 1-i və 2-də baş verən atışmalarda Azərbaycan ordusu iki erməni hərbçisini məhv edib, xeyli sayda əsgərini isə yaralayıb. Sentyabrın 26-a keçən gecədən başlayan gərginlik davam edir. Döyüşlərdə Ermənistan ordusu onlarla itki verib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *