Müdafiə Nazirliyi: Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb » AzNews.info -Xəbər portalı

Müdafiə Nazirliyi: Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb – RƏSMİ MƏLUMAT

Müdafiə Nazirliyi: Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb


Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.info-ya verilən məlumata görə, həqiqətdə isə müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub.

"Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib.

Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.

Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır.

Müdafiə Nazirliyi bildirir ki, bu istiqamətdəki bölmələrimiz yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər", - deyə MN-dən bildirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *