Zakir Həsənov: Düşməni darmadağın etməyə hazırıq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Zakir Həsənov: Düşməni darmadağın etməyə hazırıq

Zakir Həsənov: Düşməni darmadağın etməyə hazırıq


Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün döyüş şəraitinə uyğun təlimlərə diqqət artırılır.

Oxu.Az xəbər verir ki, bunu 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə bağlı bəyanatında müdafiə naziri Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub:

“Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir”.

Z.Həsənov həmçinin keçirilən beynəlxalq təlimlərə də toxunub:

“Hərbi sahədə əməkdaşlığa dair imzalanmış sazişə əsasən, ilk dəfə keçən ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ölkəmizdə “TurAz Qartalı 2014” və cari ilin martında Türkiyədə keçirilən “TurAz Şahini 2015” təlimlərini xatırlatmaq istərdim. İlk dəfə olaraq Azərbaycan şahinləri ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində uçuşlar yerinə yetiriblər”.

Azərbaycanın müdafiə naziri bəyan edib ki, Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır:

“Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.

Azərbaycanın müdafiə naziri ordu üçün hansı silahların alındığını da açıqlayıb:

“Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub”.

Nazirin sözlərinə görə, ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub:

“Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur”.

Zakir Həsənov xüsusilə vurğulayıb ki, qeyd edilən bütün bu uğurların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti durur.

“Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrininərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir.

Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *