Azərbaycan əsgərinin dəhşətli görüntüsü – VİDEO
Məlumdur ki, həkim səhlənkarlığı onlarla gəncin şikəst və ya ağır xəstəliyə düçar olmasına gətirib çıxarır.
AzNews.info millixeber.com-a istinadən xəbər verir ki, Əfqan İlqar oğlu Tarverdiyev 2004-cü ildə həqiqi hərbi xidmət zamanı qızılca xəstəliyinə tutulur. 12 günün əsgəri Hərbi Hospitala aparılır və həkim səhlənkarlığı nəticəsində beyninə infeksiya düşən Masallı rayonunun Güllütəpə kənd sakini beyin sətəlcəmi keçirir və bununla da sağalmaz bəlaya düçar olur.
6 ay hərbi hospitalda müalicə alan Əfqan həmin vaxtdan müalicə alır. Ordudan təxsis olunan Əfqanın xəstəliyi ilə məşğul olan həkimlər onun müalicəsində aciz olduqlarını etiraf edirlər. Elə bu səbəbdəndir ki, alınan bütün müalicələrin effektiv olmaması səbəbindən gənc oğlan xəstəliyin ən ağır formasından əziyyət çəkir. Üstəlik, Əfqanın yaxınları bu dərdə dözə bilməyib iflic olub.
Mütəmadi olaraq alınan müalicə külli miqdarda vəsaitin xərclənməsinə səbəb olduğundan ailə ağır maddi durumla üzləşib. Hətta evdə satılmayan əşya belə qalmayıb.
Bizə təqdim olunan videodan da açıq-aydın görünür ki, Əfqan Tarverdiyevin durumu ağırdır və onun beyin sistemi tamamilə çöküb. Amma onun xəstəliyinin müalicəsi mümkündür və bunu xaricdə həyata keçirmək olar. Elə videonu yayımlamaqda məqsədimiz də odur ki, xeyriyyə məqsədi ilə yardım edənlər bu ailəni də nəzərə alsınlar. Həm ailənin dolanışığı düzəlsin, həm də bir gəncin həyatı xilas olsun.
Mənbə:> Millixeber.com