Böyük hücuma minlərlə raket cəlb olunur
İraqın təhlükəsizlik qüvvələri tezliklə Amerikanın tank əleyhinə raketlərini böyük partiyasını qəbul edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı BBC yayıb.
Hərbi sursatlar bazar günü terrorçular tərəfindən zəbt edilən Ramadi şəhərinin geri alınması əməliyyatında istifadə olunancaq. Vaşinqton əmindir ki, şəhər tez bir zamanda geri qaytarılacaq.
Hələ ki, dövlət ordusu üçün ən təhlükəli vasitə terroçuların minalanmış avtomobillərdə intihar hücumlarıdır.
Güman edilir ki, alınan tank əleyhinə raketlər bu növ xain hücumların qarşısını ala biləcək.
Mənbə:> ANSPRESS