Ordu hücuma hazırlaşır
"Hazırda üsyançıların nəzarəti altında olan Donetsk hava limanı geri qaytarılacaq"
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk hava limanının geri alınması uğrunda döyüşlər haqqında çəkilmiş "Aeroport" sənədli filminin təqdimatında bəyan edib.
"Mən şübhə etmirəm ki, biz hava limanını azad edəcəyik, çünki bu, bizim torpağımızdır. Və biz hava limanını yenidən bərpa edəcəyik", - deyə Pyotr Poroşenko biildirib.
Qeyd edək ki, 2015-ci illin əvvəllərində Donetsk aeroportu uğrunda separatçılarla Ukrayna ordusu arasında qanlı döyüşlər getmişdi. Ordu separatçıların çoxlu hücumunu dəf etsə də sonda geri çəkilməyə məcbur olmuşdu.
Mənbə:> ANSPRESS