Rus hərbçilər əsir götürüldü
Donbasda Rusiya Silahlı Qüvvələrinin iki hərbçisi ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezident admistrasiyasının Donbasda hərbi əməliyyatlar üzrə spikeri Andrey Lısenko açıqlama verib.
"İki rus hrəbçi tutulub. Bu faktdır. Hazırda onlar sorğu-sual edilir, ifadələri alınır", - deyə Lısenko Kiyevdə brifinq zamanı jurnalistlərə bildirib.
Bundan əvvəl isə Donbasda Rusiya ordusunun hərbçilərinin tutulması barədə xəbər ilk dəfə "Aydar" batalyonunun döyüşçülərindən birinin Facebook səhifəsində yazılmışdı. Onun sözlərinə görə, mayın 16-da Luqansk vilayətinin Şastya şəhərində döyüşlər zamanı hərbçilər əsir götürülüblər.
Rusiya Müdafiə Nazirliyi bununla bağlı hələlik heç bir açıqlama verməyib.
Mənbə:> ANSPRESS