“G-20” Sammiti sensasiya ilə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

“G-20” Sammiti sensasiya ilə başladı

“G-20” Sammiti sensasiya ilə başladı

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində “Böyük İyirmilik” (“G-20”) ölkələri liderlərinin Sammiti başlayıb.

Dünyada güclü iqtisadiyyata malik 20 dövlətin liderlərinin Sammitinin işini müxtəlif ölkələri təmsil edən 3 min mətbuat nümayəndəsi işıqlandırır. Sammitin təhlükəsizliyini təmin etmək üçün 20 min polis və xüsusi xidmət orqanının əməkdaşı cəlb edilib.

Beynəlxalq mətbuatın “G-20” kimi göstərdiyi bu format ilk dəfə 1990-cı illərin sonunda Asiya ölkələrində baş verən maliyyə böhranından sonra yaradılıb. Həmin dövrdə Qərb dövlətləri Asiyadakı maliyyə böhranının Avropaya güclü təsir etməsinə baxmayaraq, bu böhrana necə reaksiya verəcəklərini bilmirdilər. Ona görə də dünya liderləri “Böyük yeddilik” formatından “G-20” formatına keçdilər. Çünki dünya əhalisinin 3/2-si məhz bu 20 dövlətin ərazisində yaşayır. Dünyada istehlak məhsullarının 85 faizi, dünya ticarət dövriyyəsinin 75 faizi məhz bu dövlətlərin payına düşür. “G-20”nin ilk Sammiti 2008-ci ildə Vaşinqtonda keçirildi.

2008-ci ildən başlayaraq hər il keçirilən “G-20” Sammitində dünyanın 20 güclü dövlət və hökumət başçıları ilə yanaşı, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət Təşkilatının, Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının rəhbərləri də iştirak edirlər. Sammitdə dünya iqtisadiyyatının inkişafı perspektivləri, ticarətin genişləndirilməsi və asanlaşdırılması yolları müzakirə edilir və qərarlar qəbul olunur. Ümumi toplantı ilə yanaşı, Sammitdə çoxsaylı ikitərəfli görüşlərdə keçirilir. Sözsüz ki, iqtisadi məsələlərlə yanaşı, siyası problemlər də müzakirə mövzusu olur. Ona görə də bu Samitin yekunları təkcə iştirakçı dövlətlər üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.

Builki Sammit başlamazda əvvəl sensasiyalı xəbərlərlə gündəmə daxil oldu. Bu gün dünyada baş verən gərgin siyasi proseslərin, eləcə də münaqişələrin və az qala müharibə astanasında olan bəzi dövlətlər arasındakı münasibətlərin yumşaldılması üçün bu Sammit çox pozitiv rol oynaya bilərdi. Lakin Sammit başlamazdan əvvəl dünya mətbuatı sensasiya xarakterli xəbərlər yayımlamağa başladı. Məlum oldu ki, ABŞ prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu Sammit çərçivəsində görüşməyəcəklər. Halbuki, bu görüşü dünyanın digər dövlətləri böyük səbirsizliklə gözləyirdilər. Ukraynada, Suriyada, Əfqanistanda, İraqda, Yəməndə davam edən münaqişələrdə sadə insanların qanının axıdılmasının durdurulması bu görüşün nəticələrindən asılı ola bilərdi. Sammiti işıqlandıran jurnalistlərin verdiyi xəbərlərə görə, D.Tranm və V.Putin görüşmədikləri azmış kimi, hətta əl verib salamlaşmayıblar. Bu isə münasibətlərin olduqca gərginləşdiyini deməyə əsas verir.

Sammitdən əvvəl Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verən insident ABŞ və Rusiya prezidentlərinin görüşünün təxirə salınmasına səbəb olub. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Xaşoginin qətlə yetirilməsi və cəsədinin hələ də tapılmaması da sammitdəki vacib görüşlərin və müzakirələrin baş tutmamasında əsas amil kimi göstərilir.

Artıq bir çox görüşlər keçirilib və ikitərəfli razılaşmalar əldə olunub. Lakin dünyanı narahat edən problemlər necə vardısa elə də qalır.

Sammitin gedişində ABŞ-ın CNN televiziyası isə sözün həqiqi mənasında insanları şoka salacaq xəbər yayımladı. Kanal bildirdi ki, ABŞ Sammitin yekun Deklarasiyasını, mətni yalnız öz maraqlarına cavab verən tərzdə tərtib olunacağı təqdirdə imzalayacaq. ABŞ prezidentinin beynəlxalq siyasət üzrə müşaviri Con Bolton bildirib ki, əgər mətndə dövlətlərin “İqlim üzrə Paris razılaşması”nın şərtlərinin yerinə yetirilməsinin vacibliyi və beynəlxalq ticarətdə “qəbul olunmuş ümumi qaydaların qorunmasının vacibliyi” ifadələri yer alarsa, onda ABŞ sənədi imzalamayacaq.

Belə tədbirlərin yekun sənədi dövlətlər arasında diplomatik kanallarla əvvəlcədən razılaşdırılır. Görünür, bu dəfə bəzi dövlətlər ABŞ-ın iddialarını qəbul etməyiblər. C.Boltonun açıqlaması da təsadüfi xarakter daşımır. Samitin gedişində mütəxəssislər bir daha sənəd üzərində işləyəcəklər və ümumu mətnin formalaşmasına çalışacaqlar. Əgər razılıq əldə edilməsə, deməli, bu Sammitin dünya üçün heç bir faydası da olmayacaq.

Hələlik Sammit davam edir. Gülərüzlü liderlər dünya problemlərini həll etməyə çalışırlar. Sammitin necə yekunlaşacağını və qəbul edilən qərarların necə həyata keçiriləcəyini isə zaman göstərəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *