Çində G20-nin sammiti öz işinə başlayıb » AzNews.info -Xəbər portalı

Çində G20-nin sammiti öz işinə başlayıb

Çində G20-nin sammiti öz işinə başlayıb


G20-nin 11-ci sammiti iki gün davam edəcək, və öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.

G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.

G20-nin 11-ci sammiti iki gün davam edəcək, və öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

“Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.

G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *