İstanbulda İslam ölkələrinin sammiti başlayıb
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti başlayıb.
Oxu.Az türk KİV-nə istinadən xəbər verir ki, hazırda Türkiyə prezidenti sammit iştirakçılarını qarşılayır.
Sammitdə 56 ölkə, o cümlədən də 33 ölkə prezident və baş nazirlər səviyyəsində təmsil edilib.
İƏT 1969-cu ildə sosial, iqtisadi və siyasi sahələrdə islam həmrəyliyinin təmin edilməsi üçün yaradılıb.
İƏT İstanbuldakı Sammiti “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında keçiriləcək.
Mənbə:> Oxu.Az