İstanbulda birinci Ümumdünya Humanitar Sammiti start götürəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

İstanbulda birinci Ümumdünya Humanitar Sammiti start götürəcək

İstanbulda birinci Ümumdünya Humanitar Sammiti start götürəcək


Birinci Ümumdünya Humanitar Sammiti bazar ertəsi İstanbulda start götürəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, forum iki gün davam edəcək.

Sammit BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.

Sammitdə 177 dövlətin nümayəndəsi, o cümlədən 66 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Tədbir bazar ertəsi Pan Gi Munun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqləri ilə start götürəcək. Sammitdə Almaniyanın kansleri Angela Merkel, Azərbaycan prezidenti İlham Əliyev, Ukryana prezidenti Petr Poroşenko, Küveytin əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah, Niderlandın baş naziri Mark Rütte, Livanın baş naziri Tammam Salam və digər ölkələrin liderləri iştirak edəcəklər.

Sammitdə qeyri-hökumət təşkilatları, beynəlxalq humanitar strukturlar, sahibkarlar, böhrana məruz qalmış xalqların nümayəndələri dəvət edilib. Ümumilikdə forumda 5200 nəfər iştirak edəcək.

İstanbulda, real nəticələrin əldə edilməsi üçün humanitar yardımın çatdırılmasının təşkilatı məsələləri yüksək səviyyədə müzakirə ediləcək, bunu BMT Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen bəyan edib.

Onun sözlərinə görə, İstanbul sammitin keçirilməsi üçün təsadüfi seçilməyib. Belə ki, Türkiyə qaçqınların böyük hissəsini qəbul edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *