Səfir: İlham Əliyev nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcəyini təsdiqləyib. Sammit cari ilin mart ayının sonunda Vaşinqtonda keçiriləcək, Oxu.Az xəbər verir.
“Prezident Əliyev Barak Obamanın dəvətinə müsbət cavab verib (nüvə təhlükəsizliyi üzrə sammitdə iştiraka – İF-Az). Bu, çox vacibdir (prezidentin iştirak edəcəyini təsdiqləməsi – İF-Az).
Azərbaycan nüvə təhlükəsizliyində vacib rol oynayır”, - ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İnterfaks-Azərbaycan agentliyinə bildirib.
O həmçinin qeyd edib ki, Bakı və Vaşinqton münasibətlərin möhkəmlənməsi istiqamətində, onların hər iki ölkə üçün daha pozitiv və qarşılıqlı əlverişli olması üçün çalışırlar.
Mənbə:> Oxu.Az