Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Suriya ordusu İŞİD-in nəzarətində olan son əraziləri terrorçulardan azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın Dövlət televiziyası məlumat yayıb.
Əməliyyat zamanı çox sayda terrorçunun məhv edildiyi bildirilir. Döyüşlər zamanı İŞİD-in Əbu Hacir əş-Şişani ləqəbli başçısının da öldürüldüyü qeyd olunur.
Mənbə:> Oxu.Az