Türkiyə ordusu 55 İŞİD terrorçusunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 55 üzvünü öldürüb.
Oxu.Az Sabah qəzetinə istinadən xəbər verir ki, türk ordusu İŞİD-in Suriyanın Hələb şəhərindəki mövqelərinə zərbələr endirib.
Keçən aydan etibarən Türkiyənin Xatay və Kilis vlayətləri Suriya ərazisindən raket hücumuna məruz qalır.
Buna cavab olaraq Türkiyə silahlı Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə cavab zərbələri endirir.
Mənbə: Oxu.Az