Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Xtsisi” hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursunu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri keçirlər.

Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kurs başa çatandan sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar.

Tədris proqramının həyata keçirilməsində məqsəd milli azlıqlardan olan Gürcüstan vətəndaşlarının dövlət dili üzrə biliklərinin artırılması, silahlı qüvvələrə inteqrasiyası, karyeralarının silahlı qüvvələrdə davam etdirilməsinə imkanın yaradılmasıdır. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir
Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir


Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *