300-dək azərbaycanlıya dövlət hesabına gürcü dili öyrədildi
Gürcüstanda bir qrup azərbaycanlı dövlət dilinin ödənişsiz öyrənilməsi üzrə kursu başa vurub.
APA-nın məlumatına əsasən, kursu bitirmiş Sadaxlı və Yormuğanlı kəndlərindən olan 36 azərbaycanlı vətəndaşa sertifikatlar təqdim olunub.
Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin təşəbbüsü ilə Ədliyyə Treyninq Mərkəzi 2015-ci ildən etibarən milli azlıqlar üçün dövlət dili üzrə ödənişsiz kurslar təşkil edir. Kursların keçirilməsində məqsəd qeyri-gürcü vətəndaşların inteqrasiyasına kömək etmək, onların dövlət xidmətlərindən istifadəsinin inkişaf etdirilməsi və işlə təmin olunmasına dəstək verməkdir. Kurslardan 17-66 yaş arasında olan vətəndaşlar yararlana bilir.
2015-ci ildən bu vaxta qədər Sadaxlı, Yormuğanlı, Sartiçala və digər kəndlərdən olan 256 azərbaycanlı bu kurslarda iştirak edib.
Mənbə:> APA