Silahlı Qüvvələrdə intensiv döyüş hazırlığı məşqləri keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Silahlı Qüvvələrdə intensiv döyüş hazırlığı məşqləri keçirilir

Silahlı Qüvvələrdə intensiv döyüş hazırlığı məşqləri keçirilir

Silahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur. Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.

Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim mərkəzlərindən hərbi hissələrə gələn şəxsi heyət silahlanmadakı döyüş və digər texnikaların istismarı, onların tətbiqi qaydaları üzrə təcrübələri ilə bölüşür ki, bu da əsgərlərin döyüş əzmini və qələbə ruhunu daha da artırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *