Azərbaycan çaparları ilk dəfə Avropa çempionatında » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Azərbaycan çaparları ilk dəfə Avropa çempionatında

Azərbaycan çaparları ilk dəfə Avropa çempionatında

2018-ci il 20-30 sentyabr tarixlərində İtaliyanın Siyene şəhərində Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Avropa birinciliyində Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.

Polo üzrə Azərbaycan yığma komandası ilk dəfə iştirakçısı olacağı Avropa çempionatına hazırlıq üzrə təlim-məşq toplanışlarını yekunlaşdırıb. Almaniyanın Mühlen şəhərində baş tutmuş təlim-məşq toplanışlarında milli yığmamız peşəkar və təcrübəli klub komandaları ilə sparrinq qarşılaşmaları keçirib, idmançılarımız qitə birinciliyi ərəfəsində zəruri oyun təcrübəsi əldə ediblər. Hazırda Bakı şəhərində səfər öncəsi son məşqlərini keçirməkdə olan milli komandamızın Avropa çempionatıında əsas hədəfi ən yüksək pillə uğrunda mübarizə aparmaqdır.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, avqustun 25-də DSX-nın rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Səmimi və çay süfrəsi arxasında keçən görüş zamanı yığma komandanın Avropa birinciliyinə hazırlıq vəziyyəti müzakirə olunub. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət va qayğı nəticəsində atçılıq idman növlərinin son illər ərzində böyük inkişaf yolu keçməsini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunmasını xüsusi qeyd edib. 2015-ci ildə Bakı şəhərində keçirilmiş Arena Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin qələbəsinin Avropanın aparıcı polo komandalarını yığmamıza hörmətlə yanaşmağa və Azərbaycan idmançıları ilə görüşlərə ciddi hazırlaşma­ğa məcbur etməsi vurğulanıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev milli yığmanın üzvlərinin səfəri ilə əlaqədar təşkilati məsələlər barədə məlumat verib. Milli yığmanın məşqçisi Namiq Orucov komandanın qitə birinciliyinə hazırlıq vəziyyəti barədə məlumat verib və idmançılar üçün yaradılmış məşq şəraitinə, Almaniyada təşkil olunmuş təlim-məşq toplanışlarına görə minnətdarlığını bildirib.

DSX-nın rəisi, Atçılıq Federasiyasının prezidenti general-polkovnik Elçin Quliyev yığma komandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyələrini verib, idmançılara Avropa birinciliyi kimi mötəbər turnirdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşamağı arzu edib.
Azərbaycan çaparları ilk dəfə Avropa çempionatında
Azərbaycan çaparları ilk dəfə Avropa çempionatında


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *