Müdafiə Nazirliyi: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Müdafiə Nazirliyi: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır"

Müdafiə Nazirliyi: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır"

Bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bölmələrinin 15 nəfərlik dəstə ilə təmas xəttinin şimal istiqamətində (Ağdərə-Tərtər) "diversiya həmləsinə" cəhd etdiyi, ancaq erməni bölmələri tərəfindən aşkarlanaraq geri oturdulduğu haqda məlumat yayıb.

Virtualaz.org bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatını çatdırır:

“Düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır. Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”.
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *