Düşmən ordu böyük itki verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Düşmən ordu böyük itki verdi

Düşmən ordu böyük itki verdi


Fevralın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş daha bir ciddi insident barədə məlumat daxil olub.

AzNews.info xəbər verir ki, Müdafiə Nazirliyindən virtualaz.org saytına daxil olan məlumata görə, həmin gün Ermənistan ordusunun diversiya qrupu ordumuzun mövqelərinə doğru diversiya həmləsi edib, lakin əsgərlərimiz düşmənin diversiya qrupunu vaxtında aşkar edib və preventiv tədbirlərə əl ataraq düşmənin diversiya qrupunun komandirini və daha bir neçə hərbçisini tamamilə zərərsizləşdirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, təmas xəttində vəziyyət Azərbaycan ordusunun tam nəzarəti altındadır.

Qeyd edək ki, həmin gün təmas xəttində ordumuzun həyata keçirdiyi başqa bir əməliyyat nəticəsində Ermənistan ordusunun iki hərbçisi məhv edilmişdi.

Ermənistan Müdafiə Nazirliyi bu iki hərbçinin öldürüldüyünü təsdiq etsə də 5-6 nəfərlik diversiya qrupunun zərərsizləşdirilməsi barədə susur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *