Azərbaycanlı əsgərlərin boğazına zəncir salan erməni generalının dəhşətli görüntüləri yayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Video

Azərbaycanlı əsgərlərin boğazına zəncir salan erməni generalının dəhşətli görüntüləri yayıldı – VİDEO

Azərbaycanlı əsgərlərin boğazına zəncir salan erməni generalının dəhşətli görüntüləri yayıldı


Həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatları məlum olub.

Axar.az xəbər verir ki, axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb.

Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olduğu üzə çıxıb.

Bundan başqa, general Manvel Qriqoryanın 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni döyüşçüsünü asaraq öldürdüyünü əks etdirən video və fotoşəkil də aşkarlanıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində axtarış aparıb. Axtarış zamanı generalın iqamətgahından üzərində “Əsgər payı” yazısı olan çoxlu sayda ət konservi və satışı qadağan edilən məhsullar, çoxlu siqaret, əsgər paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr tapılıb.

Qriqoryan Qarabağ müharibəsində Füzuli və Cəbrayıl rayonları istiqamətində aparılan döyüşlər zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirənlərdən biri olub. O, həmçinin Aprel müharibəsi zamanı Bakıya qarşı sərt çıxışlar edib.



Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *