Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib”

Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün özünün Facebook səhifəsində müdafiə nazirinin keçmiş müavini, deputat-oliqarx, “Yerkrapa” yarıhərbi təşkilatının rəhbəri Manvel Qriqoryanın həbsini şərh edib.

Virtualaz.org xəbər verir ki, Paşinyan general Manvelin həbsinin təkcə qanunsuz silah-sursat saxlamaqla bağlı olmadığını bildirib. Ermənistanın baş nazirinin sözlərinə görə general 2016-cı ilin aprel müharibəsi zamanı Dağlıq Qarabağa, hərbçilərə göndərilən böyük həcmdə humanitar yardımları da mənimsəyib.

Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib”


“Manvel Qriqoryan əsgələr üçün nəzərdə tutulan və məktəblilərin topladığı ərzağı mənimsəyib, onları öz heyvanlarına-ayılarına, pələnglərinə yedirdib”-Paşinyan bildirib.

General Manvel Eçimədzindəki malikanəsində şəxsi zoopark saxlaması ilə tanınır. Onun zooparkında müxtəlif vəhşi heyvanlar, o cümlədən ayılar və pələnglər saxlanılır. Manvelin qonşuları dəfələrlə pələnglərin nəriltisindən qorxuya düşüblər, amma onların şikayətlərinə baxan olmayıb.

Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib”


“Əsaslı şübhələr var ki, Qriqoryan həm Qarabağ əhalisi, həm erməni ordusu üçün nəzərdə tutulmuş humanitar yardımları mənimsəyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərdə aparılmış axtarışlar bu şübhələri təsdiqləyir”-Nikol Paşinyan yazıb.

Onun sözlərinə görə, ciddi şübhələr var ki, Manvel ordu üçün nəzərdə tutulmuş texnikanı, əsasən maşınları da mənimsəyib. “Heç kim inkar etmir ki, Manvel Qriqoryan qəhrəmandır, amma heç qəhrəmanların da məktəblilərin əsgərlər üçün topladığı yardımı mənimsəməyə icazəsi yoxdur”-Paşinyan qeyd edib.

Paşinyan: “General Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib”


Xatırladaq ki, general Manvel Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalına başçılıq edib, o mülki azərbaycanlılara və hərbi əsirlərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı və hərbi cinayətlər törətmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *